"Qarabağ"ın qapıçısı "Dinamo"nun təklifini qəbul etmədi

23 Aprel, 12:00 Sosial mediada paylaşın:
Gürcüstan milli komandasının qapıçısı Luka Quqeşaşvili "Qarabağ"da qalmağa qərar verib.
Gürcü qolkiperə “Dinamo”dan (Batumi) təklif gəlib. Lakin o, Ağdam klubunu tərk etmək fikrində deyil. Quqeşaşvili komandada qalaraq yeni mövsüm əsas heyətə düşmək uğrunda rəqabət aparacaq.  Qeyd edək ki, Lukanın "Qarabağ"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 24 yaşlı qapıçı 2022-ci il iyulun 1-də Ağdam klubuna keçib. 

CANLI YAYIM