"Qalatasaray" ardıcıl 14-cü qələbəsini qazandı

22 Aprel, 12:00 Sosial mediada paylaşın:
Türkiyə Super Liqasının 33-cü turunda “Qalatasaray” doğma arenda “Pendikspor”u qəbul edib.
Bu mövsüm azarkeşləri önündə xal itirməyən “Cimbom” seriyanı davam etdirib. Meydan sahibləri Mauro İkardi ilə hesabı açıblar. Fasilə ərəfəsində Əbdülkərim Bardakçı hesabı 2:0 edib. 2-ci hissədə Dris Mertens də diqqət mərkəzinə düşüb. Qonaqlar yalnız təsəlli qolunu vura biliblər. Alpaslan Öztürk qapını dəqiq nişan alıb. Qarşılaşmanın sonunda isə Kərəm Aktürkoğlu yekun nəticəni müəyyənləşdirib - 4:1. Beləliklə “Qalatarsaray” bu mövsüm doğma arenada keçirdiyi 17-ci oyununda da qalib gəlib. Ardıcıl 14-cü qələbəsini qazanan komanda ötən mövsüm özünün müəyyənləşdirdiyi rekordu təkrarlayıb. Hazırda “Qalaatsaray” 90 xalla yarışa başçılıq edir. Rəqibindən 1 oyun az keçirən “Fənərbağça” 85 xalla liderin ən yaxın izləyicisidir.
 

CANLI YAYIM