Ölkə çempionatında 31-ci tur başa çatdı

22 Aprel, 11:15 Sosial mediada paylaşın:
Misli Premyer Liqasının 31-ci turunda “Sabah” Tovuzda “Kəpəz”in qonağı olub. Görüşdə hesabı paytaxt təmsilçiləri açıblar. Kahin Parris fərqlənib. Fasiləyə kimi sabah futbolçuları 2-ci qolu vurublar. Bu dəfə İshak Belfodil hədəfdən yayınmayıb. Gəncə komandası yalnız təsəlli qolunu vura bilib. Olavale Onanuqa yekun nəticəni müəyyənləşdirib. Beləliklə 2:1 hesabı ilə qalib gələn Sabah ardıcıl 2-ci qələbəsini qazanıb. Komanda 46 xalla 5-ci pillədədir. “Sabah” “Neftçi” və “Sumqayıt”dan 1, 2-ci yerdəki “Zirə”dən 2 xal geri qalır. 31 xalı olan “Kəpəz” isə turnir cədvəlində yalnız autsayder “Qəbələ”ni qabaqlayır.
Turun son matçında “Səbail” rəqib meydanında “Araz Naxçıvan”a 2:0 hesabı ilə qalib gəlib. Qonaqların heyətində Aleksandr Ramalinqom hesabı açıb. Yusif Nəbiyev isə qarşılaşmada son nöqtəni qoyub. 5 turdan sonra qalib gələn “Səbail” 42 xalla “Turan Tovuz”la bərabər 6-ci, 7-ci yerləri bölüşür. Ardıcıl 4-cü məğlubiyyəti ilə üzləşən “Araz Naxçıvan” isə 32 xalla 8-ci pillədədir.

CANLI YAYIM