Ramil Şeydayev "Qarabağ"a qayıtmaq istəyir

29 Mart, 12:15 Sosial mediada paylaşın:
Türkiyənin "Kocaelispor" klubunda çıxış edən Ramil Şeydayev Azərbaycana qayıda bilər.
28 yaşlı hücumçu yenidən "Qarabağ"da oynamaq istəyir. Milli komandamızın üzvü "Kocaelispor"da baş məşqçi dəyişikliyindən sonra əsas heyətə düşə bilmir. Ramil bu durumdan narazıdır. Təcrübəli forvard sabiq klubu "Qarabağ"a qayıtmaq arzusundadır. O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla əlaqə saxlayaraq dönmək istədiyini bildirib. Qeyd edək ki, Ramil Şeydayev bir müddət əvvəl Tayland klubundan ayrılaraq “Kocaelispor”a transfer olunmuşdu.

CANLI YAYIM