Gürcüstan, Polşa və Ukrayna millisi Avropa çempionatına vəsiqə qazanıb

27 Mart, 12:00 Sosial mediada paylaşın:
Bu yay Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələn son 3 komandanın adına aydınlıq gəlib. Pley-offun həlledici görüşündə Gürcüstan millisi Tiflisdə 2004-cü ilin qitə çempionu Yunanıstan seçməsini qəbul edib. Gərgin mübarizənin ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra da hesab dəyişməyib. Beləliklə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Komandalar yarımsaatda da bir-birlərinin müqavimətini qıra bilmədiyindən penalti seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələr zamanı Yunanıstan komandasından Anastasios Bakasetas qapıçı Giorgi Mamardaşviliylə dueldə uduzub. Bundan başqa Georgios Yakumakis topu qapıya vura bilməyib.  Gürcüstan komandasından isə yalnız Jorj Mikautadze 11 metrlik zərbədən yararlana bilməyib. Beləliklə Gürcüstan millisi penalti seriyasında 4:2 hesabilə qalib gələrək tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanlb. Villi Sanyolun komandası Türkiyə, Portuqaliya və Çexiya seçmələri ilə F qrupunda mübarizə aparacaq. 
Uels - Polşa oyununun taleyinə də penalti seriyaslnda aydınlıq gəlib. Britaniyalıların futbolçusu Deniel Ceyms 5-ci zərbədən faydalana bilməyib. Bununla da Polşa komandası Avropa çempionatının final mərhələsinə yüksəlib. Polşa futbolçuları Niderland, Avstriya və Fransa seçmələri ilə D qrupunda çıxış edəcəklər. 
Ukrayna millisi də qitə yarışınln final mərhələsinə yüksəlib. Halbuki İslandiya koılektiviylə matçda hesabı skandinaviyalılardan Albert Qudmundson açıb. Ukrayna futbolçuları fasilədən sonra dönüş edərək uğur qazanlblar. Viktor Tsıqankov və Mixaylo Mudrik fərqlənib. Beləliklə Ukrayna seçməsi İslandiya komandasınl 2:1 hesabilə məğlub edib. E qrupunda çıxış edəcək Ukrayna millisinin rəqibləri Belçika, Slovakiya və Rumlniya kollektivləridir. Qeyd edək ki, Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. 

CANLI YAYIM