Musa Qurbanlı klubunu dəyişə bilər

12 Mart, 13:10 Sosial mediada paylaşın:
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdə komandasını dəyişə bilər.
Bu barədə yerli KİV məlumat yayıb. “Yurqorden”in forvardı İsveçin digər klubu “Höteborq”un maraq dairəsindədir. Adıçəkilən komanda hücum xəttini gücləndirmək niyyətindədir. Bu baxımdan “Yurqorden”in gələcək planlarına daxil olmayan 21 yaşlı Qurbanlı onlar üçün çıxış yolu hesab edilir. Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdi. Qeyd edək ki, İsveçdə yeni mövsüm martın sonlarında start götürəcək.

CANLI YAYIM