"Barselona" və "Arsenal" 1/4 finala yüksəldi

11 Mart, 10:15 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 1/4 finala çıxan daha 2 komanda müəyyənləşib. Neapolda “Barselona” ilə 1:1 hesablı heç-heçə edən “Napoli” İspaniyada rəqibinin qonağı olub. 15-ci dəqiqədə Fermin Lopes meydan sahiblərinə üstünlük qazandırıb. Çox keçmədən fərq artıb. Bu dəfə Joau Kanselu “Napoli”nin qapısına yol tapıb. Yarım saatın tamamlnda qonaqlar qollardan birinin əvəzini çıxıblar. Amir Rahmani qapını dəqiq nişan alıb. Fasiləyədək başqa qol olmayıb. “Barselona” üstünlüyü  2-ci hissədə qoruyaraq daha bir qol vurub. Vaxtln bitməsinə 7 dəqiqə qalmış Robert Levandovski kombinasiyanı qolla tamamlayıb. Bu, oyunda sonuncu qol olub: “Barselona” – “Napoli” 3:1. Xavinin komandası ümuməm 4:2 hesabilə qalib gələrək 1/4 finala yüksəlib.
Maraqla gözlənilən digər qarşılaşmada isə “Arsenal” “Portu”nu qəbul edib. Portuqaliyada keçirilın ilk oyunda rəqibinə minimal hesabla uduzan “topçular” “Emireyts”dəki görüşdə 41-ci dəqiqədə hesabı açıb. Leandro Trossar London klubu önə çıxarıb. Gərgin mübarizənin 90 dəqiqəsi “Arsenal”ın minimal üstünlüyü ilə yekunlaşıb. Ümumi hesab bərabərləşdiyindın əlavə vaxt təyin olunub. Komandalar yarım saatda qol vura bilməyib. Beləliklə qalibin adına penalti seriyaslnda aydlnlıq gəlib. “Arsenal”ın qoıkiperi David Raya inamlı təsir bağışlayaraq rəqibin 2 zərbəsindən sonra topu dəf etməyə nail olub. Bununla London klubu 14 ildən sonra UEFA Çempionlar Liqasında 1/4 finala çıxıb. Maraqlıdır ki, “topçular” 2010-cu ildə də mıhz “Portu”dan üstün olaraq 1/4 finala yüksəlmişdi. 

CANLI YAYIM