"Boluspor" Vüsal İsgəndərliyə yeni müqavilə təklif edib

10 Mart, 10:30 Sosial mediada paylaşın:
Türkiyənin “Boluspor” klubu azərbaycanlı futbolçu Vüsal İsgəndərli ilə müqavilənin müddətini artırmaq istəyir.
Birinci Liqa təmsilçisi artıq həmyerlimizlə danışıqlara başlayıb. Əgər razılıq əldə olunsa, yarımmüdafiəçi daha bir il Bolu təmsilçisinin şərəfini qoruyacaq. Qeyd edək ki, Vüsal İsgəndərlinin “Boluspor”la hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

CANLI YAYIM