"Şahdağ" turizm mərkəzində ilk beynəlxalq yarışa yekun vurulub

9 Mart, 11:09 Sosial mediada paylaşın:
“Şahdağ” Turizm Mərkəzində xizək alpinizmi üzrə ilk beynəlxalq turnir yekunlaşıb.
Qış idman növləri federasiyası və “Şahdağ turizm mərkəzi”nin birgə təşkilatçılığı ilə keçirilən yarış 2 gün davam edib. Əvvəlcə idmançılar sprint turnirində bacarıqlarını göstəriblər. 18 yaşadək oğlanların yarışında Morits Bauregger, qızlardan isə Helena Eurenger fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. U20 kateqoriyasında oğlanların turnirində almaniyalı daha bir idmançı David Jost, U23-də isə avstriyalı Andreas Mayer uğur qazanıb. 23 yaşadək qızların yarışında Azərbaycan idmançısı fəxri kürsüyə qalxıb. Nəzrin Qəribova yalnız slovakiyalı Nikola Matkovadan geri qalaraq 2-ci yeri tutub.
Yarışın 2-ci günündə idmançıların vertikal növdə yarışı olub. Maraqlıdır ki, 4  yaş kateqoriyasında eyni xizəkçilər qalib gəlib. Yalnız 23 yaşadək oğlanların turnirində fərqli idmançı fəxri mükafata sahib olub. Slovakiyalı Yakub Şiarnik bütün rəqiblərini qabaqlayıb. Nəzrin Qəribova isə bu dəfə 3-cü yeri tutub.
Beynəlxalq Dağ xizəyi federasiyasının nümayəndələri də “Şahdağ” Turizm Mərkəzində təşkil olunan xizək alpinizmi üzrə ilk beynəlxalq yarışı yüksək qiymətləndiriblər.
Fərqlənən idmançılara kubok və xüsusi hədiyyələrlə yanaşı, pul mükafatı da təqdim olunub.

CANLI YAYIM