"Real" və "Mançester Siti" 1/4 finalda!

5 Mart, 10:25 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında daha 2 1/4 finalçı müəyyənləşib. “Real Madrid”  “Santiaqo Bernabeu”da “Leypsiq”lə qarşılaşıb. İlk hissədə qapılara qol vurulmayıb. 65-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. Cud Belingemin ötürməsindən sonra Vinisius Cuniyor fərqlənməyi bacarıb. 3 dəqiqə sonra isə tarazlıq bərpa olunub Vili Orban topu başla qapıdan keçirib. Görüş elə 1-1 hesabilə yekunlaşıb. İlk oyunda minimal hesabla qalib gələn “Real Madrid” 1/4 finala yüksəlib. 
Digər 1/8 final matçında hazırkı çempion “Mançester Siti” doğma meydanda “Kopenhagen”lə üz-üzə gəlib. Aşkar favorit hesab olunan “şəhərlilər” erkən qolla yadda qalıblar. 5-ci dəqiqədə Manuel Akanci diqqət mərkəzinə düşüb Çox keçmədən Xulian Alvarez 2-ci topu Danimarka klubunun qapısından keçirib. 29-cu dəqiqədə Kopenhagen futbolçuları fərqi azaldıblar. Məhəmməd Elyunissi  diqqət mərkəzinə düşüb. İlk hissəyə əlavə olunan vaxtda Erlinq Holand oyunda son nöqtəni qoyub: “Mançester Siti” –“Kopenhagen” 3-1. Beləliklə 2 oyunun nəticəsinə görə “Kopenhagen”i 6:2 hesabilə məğlub edən “Mançester Siti” 1/4 finala adlayıb.

CANLI YAYIM