"Qarabağ" tarixi oyuna çıxır

5 Mart, 10:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında ölkə futbolu adına  tarix yazan “Qarabağ” 1/8 finalın ilk matçında Bundesliqa lideri “Bayer”i qəbul edəcək.
Komandamız qrup mərhələsində də Leverkuzen təmsilçisi ilə üz-üzə gəlmiş və hər iki oyunda məğlub olmuşdu. Ümumiyyətlə Ağdam klubu müxtəlif vaxtlarda Almaniyanın 3 təmsilçisi ilə qarşılaşıb. “Borussiya” Dortmund, “Ayntraxt” və “Frayburq”la görüşlərdə rəqiblərin üstünlüyü qeydə alınıb. “Qarabağ” illər keçdikcə, avrokuboklarda təcrübə qazandıqca istənilən rəqiblə başa-baş mübarizə aparmaq iqtidarında olduğunu sübut etdi. Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqanın pley-ofuna yüksəlmək, eləcə də, 1/16 fiinlada “Braqa”nı  mübarizədən kənarlaşdırmaq bunun bariz göstəricisidir. Bu dəfəki rəqib daha güclüdür. Belə ki, Leverkuzen təmsilçisi bu mövsüm Bundesliqada, elcəcə də avropakubolarda inamlı çıxış edir. Bunun bunlara baxamayaraq “Qarabağ” bu günki matçda rəqibindən çəkinməyəcək. Elə qarşılaşmadan bir gün əvvəl Qurbanov Qurbanovun verdiyi açıqlama komandamıza olan güvəni daha da artırır:"Belə klublarla oyunlarda böyük təcrübə yığırıq. Görüşə pis hazırlaşmamışıq. İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər. 90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir".
Təcrübəli baş məşqçi Azərbaycan və Almaniya futbolu arasındakı fərqdən bəhs edib: "Son vaxtlar fərqi nəzərə almışıq, amma dərindən düşünməmişik. Rəqibə qarşı necə oyun qurmalıyıq? Onu fikirləşirik. Rəqibin üstün olduğunu bilirik, amma böyümək üçün çəkinmədən mübarizə aparmalı və 90 dəqiqə istənilən sürətə dözməliyik. Bunu bacarsaq, ildən-ilə daha yaxşısını edə bilərik".
Baş məşqçi baxımlı futbol oynamağa davam edəcəklərini söyləyib: "Öz tələblərimizdən əl çəkmirik. Ev və ya səfər düşüncəsi yoxdur. Çəkinsək, çox az nəticə əldə edərik. Baxımlı futbol sərgiləməliyik. Sabah da düşündüyümüz hücumları qurmağa çalışacağıq. Onlar ustalıqda bizi üstələyə bilərlər. Amma sabah bacardığımızı göstərmək istəyirik. Böyük klublara qarşı matçlarda da öz oyunumuzdan əl çəkməməliyik".
Xabi Alonsonun 2022-ci ildə “Bayer”ə gəlişindən sonra komanda inanılmaz sıçrayış əldə edib. İspan çalışdırıcının bu uğuru Avropa nəhənglərinin də marağına səbəb olub. Real Madrid, Liverpul və Bayern Münxen Alonsonun xidmətində maraqlıdır.  Matçdan əvvəl açıqlama verən Xavi Bakida oyun üçün ciddi hazırlaşdıqlarını deyib. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq. Görüşü fransalı hakimlər idarə edəcək.

CANLI YAYIM