"Leypsiq"in baş məşqçisi: "Madridıə qalib gəlmək və mərhələ adlamaq üçün gəlmişik"

4 Mart, 11:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununda “Real Madrid” “Santyaqo Bernabeu”da “Leypsiq”i qəbul edəcək. Almaniyadakı ilk görüşdə minimal hesablı qələbə qazanan “Kral Klubu” cavab matçına üstünlıüklə çıxacaq. Mövsümün əvvəlində zədələnən Tibo Kurtua, Eder Militao və David Alabanı çıxmaq şərtilər heyətdə zədəli və cəzalı futbolçu yoxdur. Üstəlik bu gün “Real Madrid” klubunun yaradaılmasının 122-ci ildönümu olduğu üçün futbolçuların daha istəkli olacağı gözllənilir. Qeyd edək ki, Madrid təmsilçisi 1902-ci il martın 6-da təsis edilib. Komandanın baş məşqçisi Karlo Ançelotti klollektivin ən yaxşı oyunlarından birini oynmaq istədiyini dilə gətirib: “İlk oyunda qalib gəlsək də, bu hələ heç nə demək deyil. Cavab qarşılaşmasında “Leyptsiq” futbolçuları daha hücüma meyilli olacaqlar. Düşünürəm ki, müdafiə xəttimizin üzərinə böyük iş düşür. Amma biz bu turnirdə çıxış etməyi çox sevirik. Çalışacağıq ki, cavab qarşılaşmasında ən yaxşı oyunlarımızdan birini sərgiləlməyə çalışaqcağıq. Dünyanın ən güclü və ən titullu komandalarından birində işlədiyim üçün də özümü xoşbəxt sayıram. Belə bir xüsusi bir gündə qalib gəlmək üçün əlavə motivasiyaya ehtiyac yoxdur”.  
“Leypsiq” kopmandasına gəldikdə isə Lukas Klosterman zədəli, Məhəmməd Simakan isə cəzalıdır. Komandanin baş məşqçisi Marko Roze Madridə qələbə üçün gəldiklərini və buna inandıqlarını bildirib: “İlk görüşdə sübüt etdik ki, “Real Madrid”lə başabaş oynamaq olar. Sadəcə əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. Futbolçularım tam şəkildə qələbəyə köklənib. Belə turnirlərdə hər an hər şey ola bilər və istənilən nəticə mümkündür. Madridə qalib gəlmək və mərhələ adlamaq üçün gəlmişik. Təbii ki, “Real Madrid” hazırda dünyanın ən güclü klublarındandır. Belə komanda ilə qarşılaşmlarda yaxşı oyunla yanaşı, biraz da bəxtinin gətirməsi də önəmlidir”.
Qeyd edək ki, gecəyarısı start götürəcək “Real Madrid”- “Leypsiq” görüşünü italiyalı Davide Massanın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM