PSV mövsümdə ilk dəfə doğma meydanda xal itirib

2 Mart, 11:00 Sosial mediada paylaşın:
Niderland çempionatında 24-cü tura yekun vurulub.
Eredvziyanın lideri PSV “Fillips” stadionunda ən yaxın izləyicisi “Feyenoord”u qəbul edib. Oyuna kəskin hücumlarla başlayan eyndhovenlilər artıq 4-cü dəqiqədə hesabı açıb. Malik Tilman rotterdamlıların qapısını dəqiq nişan alıb. “Feyenoord”un cavabı özünü çox da gözlətməyib. 22-ci dəqiqədə Yakuba Minte PSV-nin müdafiəçisi Oliver Boskaqlinin səhvindən istifadə edərək hesabı bərabərləşdirib. İkinci hissədə də komandalar hərəyə bir dəfə fərqlənib. Amma bu dəfə ilk olraq qonaqlar qol vurublar. 61-ci dəqiqədə Santyaqo Ximenes fərqlənib.  10 dəqiqə sonra Qus Til eyndhovenliləri məğlubiyyətdən xilas edib – 2:2. Beləliklə də, PSV bu mövsüm ilk dəfə doğma meydanda xal itirib. Buna baxmayaraq, Piter Boşun komandası 66 xalla lider mövqeyində qərarlaşıb. 2-ci pillədə qərarlaşan “Feyenoord” PSV-dən 10 xal geridədir.

CANLI YAYIM