"Real Madrid" mövsümdə ilk dəfə evdə uduzdu

28 Fevral, 10:10 Sosial mediada paylaşın:
Avroliqada 27-ci tura start verilib.  Günün  mərkəzi oyununda “Real Madrid” “Panatinaikos”u qəbul edib.Qalib gələcəyi halda, “Kral klubu”nun pley-offa lider kimi yollanacağı vaxtından əvvəl rəsmiləşəcəkdi. Amma Çus Mateonun komandası bu görüşdə imkanlarından aşağı səviyyədə çıxış edib. İlk hissəyə 4 xal fərqilə geridə yollanan madridlilər fasilədən sonra qismən təşəbbüsü ələ alsa da, son bölümdə qonaqlarınciddi təzyiqi ilə üzləşib. Xüsusən də, afinalıların heyətində 26 xal toplayan Mattias Lessort fəallığı ilə seçilib. Nəticədə “Panatinaikos”a 86:97 hesabı ilə uduzan “Real Madrid” bu mövsüm ilk dəfə doğma meydanda uduzub.  Madridlilər həmçinin bu il Avroliqada ilk dəfə ardıcıl 2-ci görüşündə uğursuzluqla üzləşiblər.
Hazırda “Panatinaikos”u çalışdıran Ergin Atamanın sabiq komandası “Anadolu Efes” isə Belqradda “Partizan”la bacarmayıb. Qardaş ölkənin təmsilçisi oyuna yaxşı başlasa da, fasiləyə qədər üstünlüyünü əldən verib. Buna baxmayaraq, matçın sonlarına qədər İstanbul klubu hesab arasındakı fərqin artmasına imkan verməyib. Amma görüşün sonlarında Serbiya təmsilçisinin təzyiqi artırması Türkiyə komandasını çətin vəziyyətə salıb. Nəticədə “Panatinaikos” “Anadolu Efes”ə 100:90 hesabı ilə qalib gəlib. Turun digər oyunlarında “Virtus Bolonya” doğma meydanda “Valensiya”ni 87:74, “Makkabi Təl-Əviv” isə səfərdə “Alba Berlin”i 106:71 hesabı ilə məğlub edib.

CANLI YAYIM