"Neftçi" serbiyalı hücumçu ilə maraqlanır

28 Fevral, 10:00 Sosial mediada paylaşın:
"Neftçi" klubu "Srvena Zvezda"nın sabiq forvardı Milan Pavkovu heyətinə qatmaq istəyir. 
“Ağ-qaralar” həmin forvardla danışıqlar aparıb. Amma onun qışda komandaya gəlmək ehtimalı baş tutmayıb. Serbiyalının yay transfer pəncərəsi zamanı Bakı klubuna keçəcəyi gözlənilir. Forvard ötən həftə Səudiyyə Ərəbistanının “Əl-Heyfa” klubundan “Çukariçki”yə keçib. O, buna qədər “Srvena Zvezda”, “Radniçki”, “Voyvodina” klublarında oynayıb. 30 yaşlı hücumçunun “Çukariçki” ilə müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədərdir.

CANLI YAYIM