"Kəpəz" daha bir futbolçu ilə müqavilə imzaladı

9 Fevral, 11:30 Sosial mediada paylaşın:
"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Ədilxan Qarəhmədov "sarı-göylər"in şərəfini qoruyacaq. Gənc futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Razılaşmaya əsasən, anlaşma daha bir il müddətinə artıra bilər. 23 yaşlı yarımmüdafiəçinin sonuncu klubu 1-ci liqa təmsilçisi "İrəvan" olub. Qeyd edək ki, "Kəpəz" bu qış Amil Yunanov (“Səbail”, icarə) və Camal Cəfərovu ("Sabah", icarə) da heyətinə cəlb edib.

CANLI YAYIM