Moskva "Dinamo"su "Qarabağ"ın hücumçusunu transfer etmək istəyir

8 Fevral, 12:00 Sosial mediada paylaşın:
"Qarabağ"ın forvardı Juninyo Rusiyanın “Dinamo” klubunun maraq dairəsindədir. 
Moskva təmsilçisi braziliyalını yayda transfer etməyi planlaşdırır. Bunun üçün isə “Dinamo” rəhbərliyi “Qarabağ”a müəyyən transfer məbləği ödəyəcək. Moskva klubunun Juninyonun transferi üçün 7 milyon avro təklif edəcəyi gözlənilir. 27 yaşlı hücumçu 2023-cü il iyulun 1-də “Çaveş”dən “Qarabağ”a keçib. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 

CANLI YAYIM