“Qarabağ”ın digər üzvü Redon Cica da Azərbaycanda qalacaq.
Qış fasiləsində futbolçunun başqa kluba keçmək variantı ortaya çıxmışdı. Xüsusilə Albaniyanın “Partizani” klubu forvardı icarəyə götürmək istəyirdi. Ancaq “Qarabağ” rəhbərliyi Cicanın kluba lazım olduğunu düşünərək keçidə icazə verməyib. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.