Elcan Hacıyev Parisdə gümüş medal qazandı

5 Fevral, 12:00 Sosial mediada paylaşın:
Parisdə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
Yarışların son günündə 3 cüdoçumuz mübarizə aparıb. Onlardan Elcan Hacıyev ümidləri doğruldub. 90 kiloqramda çıxış edən idmançımız Yaponiya, Qırğızıstan və Fransanın 2 cüdoçusuna qalib gələrək finala yüksəlib. Elcan Hacıyev həlledici qarşılaşmada Türkiyə təmsilçisi ilə üz-üzə gəlib. Bu görüşdə uduzan Elcan gümüş medalla kifayətlənib. Beləliklə Paris turnirini komandamız 2 gümüs mükafatla başa vurub. Xatırladaq ki, daha əvvəl Zelim Tçkayev finalda uduzaraq fəxri kürsünün 2-ci pilləsinə qalxmışdı. Əlavə edək ki hər iki idmançımız gümüş medal əldə etməklə həm də 700 reytinq xalı aktivinə yazdırıb. 

CANLI YAYIM