"Mançester Yunayted" səfərdə çətin qələbə qazanıb

2 Fevral, 12:00 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında 22-ci tura yekun vurulub.
Yarış cədvəlində Avrokubok zonasından kənarda qalan “Mançester Yunayted” səfərdə orta sıralarda olan “Vulberhempton”la üz-üzə gəlib. Qonaqlar ilk hissədə rəqibin qapısına 2 dəfə yol tapıblar. 5-ci dəqiqədə Markus Reşford hesabı açıb. 22-ci dəqiqədə isə Rasmus Hoylun diqqət mərkəzinə düşüb. Fasiləyədək başqa qol olmaylb. 2-ci yarıda azarkeşlər gərgin və dramatik mübarizə izləyiblər. 71-ci dəqiqədə Pablo Sarabiya “qırmızı şeytanlar”ın qapısına təyin olunan penaltidən yararlanıb. Çox keçmədən Skot Maktominey yenidən fərqi artırıb. Lakin “Vulverhempton” sona yaxın 2 qol vuraraq tarazlığı bərpa edib. Vaxtım bitməsinə 5 dəqiqə qalmış Maks Kilman 2-ci hissəyə artırılan vaxtda isə Pedru Netu fərqlənib. Azarkeşlər oyunun heç-heçə bitəcəyini düşünsə də, “Mançester Yunayted”in gənc futbolçusu Kobbi Meynu qonaqları yenidən önə çıxararaq mübarizəyə nöqtə qoyub. “Vulverhempton” – “Mançester Yunayted” 3:4. “Canavarlar” hazırda 29 xalla 11-cidir. Mançester klubu isə 35 xalla 7-ci pillədədir. 
“Vest Hem” – “Bornmut” qarşılaşmasında isə qalib müəyyənləşməyib. 3-cü dəqiqədə qonaqlardan Dominik Solankenin vurduğu qola fasiləsən sonra Ceyms Vord Prauz penaltini dəqiq yerinə yetirərək cavab verib. Qalan vaxtda isə hesab dəyişməyib: “Vest Hem” – “Bornmut” 1:1. Ardıcıl 3-cü oyunda heç-heçə edən London klubu hazırda 36 xalla 6-cıdır. Son 3 görüşdə qalib gələ bilməyən “Bornmut” isə 26 xalla 12-cidir. Yarış cədvəlinə 51 xalla “Liverpul” başçılıq edir. 1 oyun az keçirən “Mançester Siti” 46 xalla 2-ci, eyni miqdarda xalı olan “Arsenal” 3-cüdür. 

CANLI YAYIM