İtaliyalı futbol əfsanəsi Françesko Tottinin oğlu Kristian Totti “Frozinone” ilə olan müqaviləsinə xitam verib.
Gənc hücumçu karyerasını İspaniyada davam etdirəcək. 18 yaşlı futbolçu La Liqada mübarizə aparan “Rayo Valyekano” ilə razılıq əldə edib. Kristian Totti yeni komandasında ilk məşqə də çıxıb. Hazırlıq prosesini Françesko Totti də tribunadan izləyib. Qeyd edək ki, Kristian da atası kimi “Roma”nın yetirməsidir. “Rayo Valyekano” hazırda İspaniya çempionatında 23 xalla 13-cü yerdədir.