"Qarabağ" 3 xalı 3 qolla qazandı

24 Yanvar, 11:04 Sosial mediada paylaşın:
Misli Premyer Liqasının 19-cu turunda “Qarabağ” “Araz Naxçıvan”la üz-üzə gəlib.
Görüşdə favorit hesab olunan Ağdam klubu etimadı doğruldub. Hesab 6-cı dəqiqədə açılıb. Numan Kurdiç avtooqol müəllifi olaraq rəqibin irəli keçməsinə imkan yaradıb. İlk hissənin ortalarında fərq bir qədər də artıb. Abdulla Zubir Araz futbolçularını növbəti dəfə mərkəzə dəvət edib. Fransalı futbolçu fasilədən sonra dubl müəllifi olub - 3:0. Qonaqlar buraxılan qollardan yalnız birinin əvəzini çıxmağa müvəffəq olub. Abdul Muhammed Kadiri görüşdə yekun nəticəni müəyyənləşdirib. “Qarabağ” – “Araz Naxçıvan” 3:1. Bununla da xal hesabını 44-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. Aktivində 26 xalı olan “Araz Naxçıvan” isə 6-cıdır.

CANLI YAYIM