Qərb derbisində "Kəpəz" qələbə qazandı

23 Yanvar, 11:00 Sosial mediada paylaşın:
Misli Premyer Liqasında 19-cu turun daha 2 oyunu keçirilib. 
“Səbail” – “Zirə” oyununda hesab açılmayıb. Ev oyunlarını Qəbələdə keçirən “Kəpəz” Qərb derbisində “Turan Tovuz”u qəbul edib. Tovuz futbolçuları erkən qolla hesabl açıblar. 4-cü dəqiqədə Ayxan Hüseynovun zərbəsi dəqiq alınıb. Az sonra qonaqlar azlıqda qalıblar. Sürüşmə fəndini icra edərkən Amil Yunanova qarşı kubodluğa yol verən Faiq Hacıyev meydandan çıxarılıb. “Kəpəz” 25-ci dəqiqədə hesabı bərabərləşdirib. Şakir Seyidov qonaqların qapısına yol tapıb. İlk hissə 1:1 hesabilə yekunlaşıb. 70-ci dəqiqədə “Kəpəz” önə çıxıb. Martins Cunior Gəncə klubuna üstünlük qazandırıb. Bu qol görüşdə sonuncu olub: “Kəpəz” - “Turan Tovuz” 2:1. 2 oyundan sonra qalib gələn Gəncə futbolçuları hazırda 17 xalla 9-cudur. 2 qələbədən sonra uduzan “Turan Tovuz” isə 22 xalla 8-cidir. Hazırda Misli Premyer Liqasında yarış cədvəlinə 41 xalla “Qarabağ” başçılıq edir. “Zirə” 30 xalla 2-ci, “Neftçi” 29 xalla 3-cüdür.

CANLI YAYIM