"Real" kubokda mübarizəni dayandırdı, "Barselona" isə 1/4 finala çıxdı

19 Yanvar, 12:00 Sosial mediada paylaşın:
İspaniya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Günün prinsipial matçı Madriddə olub. “Atletiko” doğma arenada “Real”ı qəbul edib. Xatırladaq ki, 1 həftə əvvəl Super Kubok görüşündə də bu komandalar üz-üzə gəlmiş və “Kral klubu” əlavə vaxtda vurduğu qollarla qələbə qazanmışdı. İndi isə əksinə olub. 39-cu dəqiqədə Samuel Lino hesabı açıb. Amma fasilə ərəfəsində Yan Oblak qapısını toxunulmaz saxlaya bilməyib və tarazlıq bərpa olub – 1:1.
2-ci hissənin əvvəlində Alvaro Morata yenidən “Atletiko” azarkeşlərini sevindirib. Görüşün sonlarında isə Xoselu qapını dəqiq nişan alıb - 2:2. Görüşün əsas vaxtı bu hesabla bitib. Əlavə yarımsaatda isə meydan sahibləri daha 2 qol vurublar. Antuan Qrizmann və Rodriqo Rikelme fəerqlənib. Beləliklə Madrid derbisində qalib gələn Atletiko1/4 finala adlayıb.
“Barselona” da azarkeşlərini sevindirib. Komanda səfərdə aşağı liqa təmsilçisi “Unionistas”ı məğlub edib. Hərçənd ki, hesabı meydan sahiblərinin üzvü Alıvaro Qomez açıb. Amma “Barsa” futbolçuları sürprizə imkan verməyiblər. Fasilə ərəfəsində Ferrran Torres hesabı bərabərləşdirib. 2-ci hissədə isə Jül Künde və Alexandro Balde qol vurub. Beləliklə “Barselona”  3:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

CANLI YAYIM