İspaniya Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir

18 Yanvar, 13:15 Sosial mediada paylaşın:
İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.  La Liqanın lideri “Jirona” bu turnirdə də uğurlu çıxışı ilə yadda qalır. Kataloniyalılar doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşmada da  azarkeşlərini sevindirib.  Artıq oyunun ilk yarım saatında meydan sahibləri madridliləri çətin vəziyyətə salıb.  Görüşün 15-ci dəqiqəsində “Jirona”nın  hücumçusu Kristian Stuani hesabı açıb. Uruqvaylı hücumçu 4 dəqiqə sonra penaltidən fərqi artırıb.  26-cı dəqiqəıdə isə Niderland millisinin müdafiəçisi Deyli Blind diqqət  mərkəzinə düşüb. Fasilə ərəfəsində  “Rayo Valyekano”nun heyətində Rendi Nteka fərqi azaldıb. Sonrakı dəqiqələrdə qapılara qol vurulmayınca, “Jirona” 3:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Digər iki oyunda isə qonaqlar 1/4 finala vəsiqəni təmin edib. Hazırda İspaniyanı Çempionlar Liqasında təmsil edən “Real Sosyedad” Pamplonada “Osasuna” ilə mübarizədən qalib ayrılıb.  İlk hissədə hesab açılmayıb. 56-cı dəqiqədə penaltiyə səbəb olan “Osasuna”nın müdafiəçisi Alexandro Katena qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoyub. Mikel Oyarzabal isə 11 metrəlik cərimə zərbəsini boşa verməyib.  Matçın əlavə olunmuş 7-ci dəqiqəsində san sebastyanlılar növbəti dəfə rəqib qapısına yol taparaq qələbəni təmin ediblər. Yarımmüdafiəçisi Brais Mendes qapını dəqiq nişan alıb. Nəticədə “Osasuna”nı iki cavasız qolla məğlub edən “Real Sosyedad” növbəti mərhələyə yüksəlib. “Selta” da səfərdə “Valensiya”nı 3:1 hesabı ilə məğlub edərək adını 1/4 final mərhələsinə yazdırıb.

CANLI YAYIM