"Atalanta" səfərdə xal itkisi ilə üzləşdi

5 Dekabr, 13:15 Sosial mediada paylaşın:
İtaliya A Seriyasının 14-cü turunda “Atalanta” səfərdə “Torino”nun qonağı olub.
Mütəxəssislərin fikrincə qarşılaşmada favorit tərəf Berqamo təmsilçisi olsa da amma Turin klubu bu fikirləri alt-üst edib. Görüşdə 3 qol vurulub. İlk hissədə meydan sahibləri 1 dəfə fərqlənib. Duvan Zapata hesabı açan futbolçu olub. Fasilədən sonra “Atalanta”nın qapısına penalti təyin edilib. Antonio Sanabria ələ düşən fürsəti qolla tamamlayıb. Qarşılaşmanın sonlarında ilk qolun müəllifi Zapata dubl edərək mübarizəni yekunlaşdırıb. “Torino” – “Atalanta” 3:0. Bununla da A Seriyasında 14-cü tur başa çatıb. “Torino” qələbə sayəsində 2 pillə irəliləyərək 19 xalla 10-cu yerdə qərarlaşıb. 20 xalı olan “Atalanta” isə 8-cidir.

CANLI YAYIM