Monteneqronun Budva şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. 5-ci turu kişilərdən ibarət kollektivimiz təşkilatçı ölkənin komandasıyla qarşılaşıb. Nicat Abbasov və Vasif Durarbəyli qələbə qazanıb. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov isə rəqibləriylə xalı yarı bölüblər. Bununla millimiz Monteneqro komandasına 3:1 Hesabilə qalib gəlib. Kişilərdən ibarət seçməmiz hazırda 6 xalla 15-cidir.
5-ci tur qadın şahmatçılarımız üçün də uğurlu olub. Onlardan Günay Məmmədzadə rəqibini məğlub edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədovanın heç-heçəsi isə ümumi qələbə üçün yetərli olub: Azərbaycan – Almaniya 2,5:1,5.
Qadın şahmatçılardan ibarət komandamız xallarının sayını 9-a çatdırıb. Seçməmiz hazırda eyni miqdarda xal toplayan Fransa yığmasıyla birgə ilk 2 yeri bölüşür.