Ceydon Sanço "Yuventus"un hədəfindədir

14 Noyabr, 15:44 Sosial mediada paylaşın:
Bu mövsüm qələbələrini sıralayan və hazırda İtaliya A seriyasında çempionluğa namizədlərdən biri hesab olunan “Yuventus” heyətini gücləndirmək üçün bir sıra keçidlər reallaşdırmaq niyyətindədir.
İtaliya mediaasında Turin klubunun əsas hədəflərindən birinin Ceydon Sanço olduğu bildirilir. “Mançester Yunayted”də heyətə düşməkdə çətinlik çəkən futbolçunun transfer dəyərinin 32 milyon avrodur. Xatırladaq ki, bu mövsüm Mançester klubunun heyətində cəmi 3 görüşdə meydana çıxan Sanço sosial şəbəklərdə komandanın baş məşqçisi Erik Ten Haaqı tənqid etdiyi və ondan üzr istəmədiyi üçün klub tərəfindən cəzalandlırılıb. Futbolçuya komandanın əsas heyəti ilə məşq etmək qadağandır. Qeyd edək ki, Ceydon Sançonun mankunyanlarla müqaviləsi 2026-cı ilin yayına kimidir.

CANLI YAYIM