Maks Ferstappen Braziliyada təsnifat mərhələsində qalib gəldi

4 Noyabr, 15:30 Sosial mediada paylaşın:
Formula 1 üzrə mövsümün 20-ci Qran-prisinə start verilib.
Braziliyanın San Paulu şəhərində keçirilən təsnifat mərhələsində “Red Bull” pilotu Maks Ferstappen poul ələ keçirib. Son iki Qran-pridə yarışa ilk sıradan başlamaq imkanını əldən verən 3 qat dünya çempionu nəhayət ki, “Ferrari”nin üzvü Şarl Leklerin seriyasını qırıb. Nəticədə monakolu pilot təsnifat mərhələsini 2-ci sırada başa vurub.  “Aston Martin”də çıxış edən Lens Stroll isə yarışa 3-cü sıradan start verəcək. Son Qran-prilərdə uğursuzluqla yadda qalan digər “Aston Martin” pilotu Fernando Alonso bu dəfə xoş təsir bağışlayıb. 2 qat dünya çempoionu “İnterlaqos Joze Karlos Pas” avtodromunda 4-cü ən yaxşı nəticə ilə yadda qalıb. 7 qat dünya çempionu Lüis Hemilton isə 5-ci yeri tutub. Bu gün pilotlar sprint mərhələsində mübarizə aparacaq. Yarış 22:30-da start götürəcək və “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Final mərhələsi isə bazar günü keçiriləcək.

CANLI YAYIM