İspaniya kuboku yarışının ikinci mərhələsində “Atletik” səfərdə “Unió Esportiva Rubi” komandası ilə qarşılaşıb.
Bilbao təmsilçisi aşağı divizionda çıxış edən rəqibinin müqavimətini ikinci hissədə qırıb. 50-ci dəqiqədə Adu Ares “Atletik”i hesabda irəli çıxarıb. 7 dəqiqə sonra Ares dubl edib. Görüşün sonlarına yaxın Mark Rodriqez fərqi azaltsa da, bu komanası üçün yetərli olmayıb. Beləliklə 2:1 hesabı ilə qalib gələn “Atletik” turnirin 1/32 finalına yüksəlib.
La Liqa klublarından “Valensiya” da mərhələ adlayıb. Səfərdə “Loqrones”lə üz-üzə gələn “Valensiya” ilk hissəyə əlavə edilən 1-ci dəqiqədə hesabı açıb. Pablo Qosalbes fərqlənib. Matçın əsas vaxtının yekunlaşmasına iki dəqiqədə qalmış Diego Lopez yekun nəticəni müəyyənləşdirir: “Loqrones” -“Valensiya” 0:2.