Minifutbol millimiz dünya çempionatında 1/4 finala vəsiqə qazandı

2 Noyabr, 12:00 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərinin Ras-Əl-Xayma şəhərində minifutbol üzrə dünya çempionatı davam edir.
Artıq yarışda pley-of mərhələsinin startı verilib. Komandamız Portuqaliya seçməsiylə üz-üzə gəlib. Fasiləyədək hesab açılmayıb. Futbolçularımızın üstünlüyü şəraitində davam edən qarşılaşmanın 30-cu dəqiqəsində seçməmiz istəyinə çatıb. Taleh Babayevin effektli ötürməsini Mirmehdi Rzayev lazımınca qiymətləndirib. Komandamız sona yaxın daha 2  qol vurub. Əvvəlcə Elvin Əlizadə daha sonra isə Rəvan Kərimovun zərbəsi qarşısıalınmaz olub. Beləliklə millimiz Portuqaliya seçməsini 3:0 hesabilə məğlub edərək tarixində ilk dəfə qatıldığı dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. Komandamızın bu mərhələdə rəqibi Bolqarıstan seçməsi olacaq. GÖrüş bu gün saat 21:00-da başlanacaq.

CANLI YAYIM