Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir

1 Noyabr, 11:30 Sosial mediada paylaşın:
Almaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Çempionlar Liqası və Bundesliqada məğlubiyytələrini sıralayan “Union Berlin” azarkeşlərini məyus etməkdədir. Payatxt təmsilçisi Almaniya kubokuna da uduzaraq mübarizəni dayandırıb. Komanda Ştutqartda yerli kluba minimal hesabla məğlub olub. Görüşdə yeganə qolu 1-ci hissənin sonunda Dəniz Undav vurub. Qeyd edək ki, bütün görüşlər nəzər alınmaqla “Union Berlin” ardıcıl 11-ci məğlubiyyəti ilə üzləşib. Komanda son 4 qarşılaşmasında qol da vura bilməyib.
Günün sürpriz nəticəsi “Leyptsiq”in mübarizəni dayandırması olub. Komanda səfərdə “Volfsburq”la bacarmayıb. Bu görüşün də taleyini 1 qol həll edib. Vaçlav Çerni “Volfsburq”a minimal hesablı qələbə qazanıdırıb. Beləliklə son 3 bundesliqa oyununda uduzan komanda Almaniya kubokunda mərhılə adlamaqla azarkeşlərini sevindirib.

CANLI YAYIM