Lionel Messi 8-ci dəfə "Qızıl top" mükafatına layiq görüldü

31 Oktyabr, 13:30 Sosial mediada paylaşın:
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.
Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə bu mükafata Amarika Birləşmiş Ştatlarının “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb. Argentinalı hücumçu karyerasında 8-ci dəfə müvafiq titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib. Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub. 2023-cü ilin ən yaxşı qadın futbolçusu isə İspaniya yığmasının və bu ölkənin “Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Aytana Bonmati seçilib.

CANLI YAYIM