"Azərreyl" inamlı qələbələr sayəsində 1/16 finala çıxdı

19 Oktyabr, 12:27 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət “Azərreyl” Çağırış Kubokunun 1/32 finalında cavab oyununa çıxıb.
Komandamız Ukraynanın “Balta” kollektivini ilk qarşılaşmada olduğu kimi yenə 3 setdə məğlubiyyətə uğradıb. Voleybol mərkəzində keçirilən oyunun ilk setində “Azərreyl”  25:23 hesabilə üstün olub. Digər bölümlərdə isə 25:15 və 25:19 hesabları qeydə alınıb. Beləliklə komandamız Çağırış Kubokunda 1/16 finala vəsiqə qazanlb. Voleybolçularımız bu mərhələdə ispaniyanın “Avarka de Menorka” kollektiviylə görüşəcək. Qarşılaşmalar noyabrda keçiriləcək. 

CANLI YAYIM