Gövhər Beydullayeva dünya çempionu oldu

13 Oktyabr, 13:15 Sosial mediada paylaşın:
İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya birinciliyi keçirilib.
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yarışda tarixi uğur qazanıb. O, 9 oyundan 11 xal toplayaraq mundialı birinci pillədə başa vurub. Xatırladaq ki, Beydullayeva bununla da ikinci dəfə dünya birinciliyində ali mükafata sahib çıxır. Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı isə 6,5 xalla 13-cü yerdə qərarlaşıb. Gənclər arasında dünya birinciliyi blits-turnirlə davam edəcək. Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür. Qeyd edək ki, İtaliyada blits üzrə dünya birinciliyi bu gün başlayacaq.

CANLI YAYIM