Gənc cüdoçumuz dünya çempionu oldu

6 Oktyabr, 13:00 Sosial mediada paylaşın:
Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci günündə -73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə tarixi uğur qazanıb.
Belə ki, cüdoçumuz mundialda bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub. Final qarşılaşmasının əlavə vaxtında "seoi-otoshi" fəndi ilə Amerika Birləşmiş Ştatları təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib. Bu qələbə ölkəmiz üçün son 5 ildə gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk qızıl medal olaraq tarixə düşüb. Sonuncu dəfə bu nailiyyəti 2018-ci ildə Rövşən Əliyev dünya çempionatında əldə edib.

CANLI YAYIM