Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb. Yarışda 61 ölkədən ümumilikdə 450-dən çox cüdoçu 14 dəst medal uğrunda mübarizə aparıb. Yarışın son günündə komandamız daha 1 medal əldə edib. 100 kq çəkidəki təmsilçimiz zəlim Kotsoyev bürünc mükafat qazanıb. Xatırladaq ki, daha əvvəl Yaşar Nəcəfov, Hidayət Heydərov və Zelim Tçkayev Böyük Dəbilqənin qalibi olublar. Qadınların yarışında isə Leyla Əliyeva gümüş medal əldə etmidşi. Beləliklə yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medalla başa vuran millimiz turniri komanda hesabında 1-ci yerdə başa vurub.