Marko Verratti Qətər klubuna keçdi

14 Sentyabr, 14:29 Sosial mediada paylaşın:
PSJ-nin futbolçusu Marko Verratti Qətərin “Əl-Ərəbi” klubuna keçib.
Yaxın Şərq klubu italiyalı yarımmüdafiəçi üçün Fransa təmsilçisinə 50 milyon avro ödəyəcək. Artıq 30 yaşlı oyunçu yeni klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. O burada ilə 30 milyon avro məvacib alacaq. Xatırladaq ki, Verratti 2012-ci ildən parislilərin heyətində çıxış edirdi. Marko ötən mövsüm bu komandanın heyətində keçirdiyi 38 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

CANLI YAYIM