"Sabah" Əlcəzair millisinin üzvü ilə müqavilə bağladı

14 Sentyabr, 11:15 Sosial mediada paylaşın:
“Sabah”  heyətini yeni futbolçu ilə gücləndirib. 
Hücumçu İshak Belfodil bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. Əlcəzairli futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. Belfodil karyerası ərzində Fransanın “Lion”, İtaliyanın “Bolonya”, “Parma” “İnter”, “Livorno”, BƏƏ-nin “Bani Yas”, Belçikanın “Standard”,Almaniyanın “Verder”, “Hoffenhaym”, “Herta”, və Qətərin “Al-Qarafa”  klublarında çıxış edib. İshak Əlcəzair millisində 19 oyun keçirib, 2 qola imza atıb. Yeni transfer “Sabah”da 14 nömrəli formada çıxış edəcək.

CANLI YAYIM