Teymur Rəcəbov Hindistandakı turnirdə 2-ci yeri tutdu

8 Sentyabr, 13:00 Sosial mediada paylaşın:
Hindistanın Kəlküttə şəhərində şahmatçıların “Tata Steel Chess” turniri keçirilir.
Yarışda çıxış edən təmsilçimiz Teymur Rəcəbov 9 görüşün yekununda 2-ci olub. Təcrübəli qrosmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində 5,5 xal toplayıb. Rəcəbov əvvəlcə hindistanlı Dommaraju Qukeş və Erigaysi Arjun, daha sonra isə fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb. Şahmatçımız keçirdiyi hər 3 görüşdə heç-heçə edib. Birinci yeri isə 7 xalla Fransa təmsilçisi Maksim Vaşye-Laqrav tutub. Qeyd edək ki, Turnirə sentyabrın 9-da yekun vurulacaq.

CANLI YAYIM