Avropa çempionatı: gənc cüdoçularımızdan uğurlu start

8 Sentyabr, 10:00 Sosial mediada paylaşın:
Niderlandın Haaqa şəhərində gənc cüdoçuların Avropa çempionatı keçirilir. Turnirin ilk günü seçmə komandamızın üzvləri 3 medal qazanıb. Ən yaxşı nəticəyə  Nizami İmranov sahib olub. 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bütün rəqiblərinə qalib gələrək qitə çempionatınn qızıl medalına yiyələnib. O, həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə qalib gəlib.
Komandamızın digər üzvü Aydın Rzayev də uğurla çıxış edib. , 66 kqda qüvvəsini sınayan Rzayev mübarizəni gümüş mükafatla başa vurub. Yığmamıza daha bir bir medalı    Aydan Vəliyeva qazandırıb. O, 52 kq çəkidə yarışıarın brünc mükafatına layiq görülüb. Avropa çempionatında ölkəmizi 9 oğlan və 6 qız cüdoçu ilə təmsil edir. Mötəbər turnirdə sentyabrın 10-da yekun vurulacaq.

CANLI YAYIM