Teymur Rəcəbov 2 qələbə qazandı, 1 görüşdə uduzdu

7 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
Hindistanın Kəlkətə şəhərində şahmatçıların “Tata Stil Çes” yarışı davam edir.
Rapid növü üzrə turnirin 2-ci günündə qrosmeysterimiz Teymur Rəcəbov daha 3 şahmatçı ilə üz-üzə gəlib. Rəcəbov hindistanlı Pentala Harikrişna və FİDE-ni təmsil edən Aleksandr Qrişukdan üstün olub. Qrosmeysterimiz Hindistanın digər nümayəndəsi Santoş Viditə uduzub. Teymur Rəcəbov 2 gün ərzində keçirilən 6 partiyanın yekununda 4 xal toplayıb. Şahmatçımız hazırda 2-ci pillədədir. “Tata Stil Çes” yarışına sentyabrın 9-da yekun vurulacaq.

CANLI YAYIM