Renat Dadaşov "Hatayspor"a keçdi

6 Sentyabr, 11:15 Sosial mediada paylaşın:
"Qrasshopper" Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla müqaviləni uzadıb.
Bu barədə İsveçrə klubu məlumat yayıb. 24 yaşlı hücumçunun 2024-cü ilin yayında başa çatacaq sözləşməsi daha bir il artırılıb. Onun mövsümün sonuna kimi Türkiyənin "Hatayspor" klubunda icarə əsasında çıxış edəcəyi də bildirilib. Xatırlqadaq ki, Superliqada mübarizə aparan “Hatayspor”un baş məşqçisi Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Dəmirəldir.

CANLI YAYIM