“Real Madrid” və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos 18 ildən sonra “Sevilya”ya qayıdıb.
İspaniya millisinin sabiq müdafiəçisi yetirməsi olduğu klubla 1 illik müqavilə imzalayıb. 37 yaşlı müdafiəçinin xidmətində “Qalatasaray”, “Beşiktaş” və Səudiyyə Ərəbistanın “Əl İttihad” kollektivi maraqlı olsa da, ulduz futbolçu daha az məvacibə özünə doğma olan komandada oynamaq qərarına gəlib. Xatırladaq ki, Ramos 2005-ci ildə “Sevilya”dan “Real Madrid”ə transfer olunmuşdu. O, ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 45 oyunda 4 qol vurmuşdu.