Gənc cüdoçularımız hazırlıq mərhələsini başa vurdu

5 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Gənc cüdoçuların Avropa çempionatında ölkəmiz 15 idmançı ilə təmsil olunacaq.
Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan idmançıları  11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu mübarizə aparacaq. Artıq Komandamızın sentyabrın 7-dən 10-a qədər keçiriləcək Avropa çempionatına hazırlıqları yekunlaşıb.
Qızlardan Könül Əliyeva, Vüsalə Hacıyeva, Aydan Vəliyeva, Fidan Əlizadə, Nərmin Əmirli və Nigar Süleymanova medallar uğrunda yarışacaq. Oğlanlardan isə Nizami İmranov, Nicat Nağıyev, Aydın Rzayev, Süleyman Əliyev turnirdə çıxış edəcəklər. Habelə Vüsal Qələndərzadə, Ömər Rəcəbli, Vüqar Talıbov, İsmayıl Zamanov və Kənan Nəsibov da ölkəmizi təmsil edəcəklər.
Əlavə edək ki, idmançılarımız 7-9 sentyabr tarixlərində çempionatın fərdi görüşlərdə, son gündə isə komanda yarışlarında mübarizə aparacaqlar.

CANLI YAYIM