İngiltərə Liqa Kubokunda ikinci mərhələnin oyunları başa çatdı

31 Avqust, 12:20 Sosial mediada paylaşın:
İngiltərə liqa kubokunun 2-ci mərhələsində “Çelsi” azarkeşləri önündə “Uimbldon” klubu ilə qarşılaşıb. Hesabı 19-cu dəqiqədə qonaqlar açıblar. Ceyms Tayli diqqət mərkəzinə düşüb. Buna baxmayaraq London klubu dönüş edə bilib. Hissəyə əlavə olunan vaxtda Noni Madueke penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. 72-ci dəqiqədə isə Entso Fernandes yekun nəticəni müəyyənləşdirib: Çelsi – “Uimlbdon” 2:1. “Çelsi” növbəti mərhələdə “Brayton”la üz-üzə gələcək.
“Everton” səfərdə 3-cü diviziobn komandası “Donkaster”lə qarşılaşıb. Fasilə ərəfəsində Co Ayronsayd meydan sahiblərini önə keçirib. 2-ci yarı “Everton” futbolçularının üstünlüyü şəraitində davam edib. 73-cü dəqiqədə Betu bərabərliyi təmin edib. Oyunun sonunda isə Arno Qruneveld “Everton”a 2:1 hesablı qələbə qazandıran qolu vurub. “Liverpul” təmsilçisi 3-cü mərhələdə “Aston Villa” ilə üz-üzə gələcək.

CANLI YAYIM