Nicat Abasov Dünya Kubokunun yarımfinalına yüksəlib

17 Avqust, 00:40 Sosial mediada paylaşın:
Bakıda keçirilən dünya kubokunda yarımfinalçılar müəyyənləşib.
Şahmatçımız Nicat Abasov uğurlu çıxışını davam etdirərək, karyerasında ilk dəfə yarımfinala vəsiqə əldə edib. O, 1/4  finalda hindistanlı Vidit Santoşu mübarizədən kənarlaşdırıb. İlk partiyada qara fiqurlarla rəqibi ilə sülh bağlayan Nicat cavab qarşılaşmasında ağ fiqurlarla qələbə qazanıb. Finala gedən yolda şahmatçımız sabiq dünya çempionu Norveçli Maqnus Karlsenlə üz-üzə gələcək. 19 avqustda keçiriləcək ilk  partiyada təmsilçimiz qara fiqurlarıa oynayacaq. Növbəti gün isə ağ fiqurlarla rəqibi ilə qarşılaşcaq. Xatırladaq ki, klassik partiyada qalib müəyyənləşməsə növbəti gün tay-brek olacaq.

CANLI YAYIM