Güləşçimiz dünya birinciliyində finala yüksəldi

1 Avqust, 12:05 Sosial mediada paylaşın:
İstanbulda 17 yaşadək güləşçilərin dünya birinciliyi başlanıb.
Mötəbər yarışın ilk günündə yunan-Roma güləşçilərimiz xalça üzərinə çıxıblar. Onlardan 65 kq-da çıxış edən Yusif Əhmədli finala vəsiqə qazanıb. 48 kq-da mübarizə aparan Elnar Ziyadov və 80 kq çəkidə bacarığını göstərən Elmin Əliyev təsəlliverici görüşləri çıxacaqlar. Həlledici qarşılaşmalar bu gün keçiriləcək.

CANLI YAYIM