UEFA Konfrans Liqasının qalibi müəyyənləşib

8 İyun, 08:41 Sosial mediada paylaşın:
UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.
Turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gəliblər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.
İlk qolu 62-ci dəqiqədə "Vest Hem"dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib. Cakomo Bonaventura hesabı bərabərləşdirib. Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.

CANLI YAYIM