Konfrans Liqası: Bu gün final oyunu keçiriləcək

7 İyun, 09:08 Sosial mediada paylaşın:
Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.
Turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.
UEFA Konfrans LiqasıFinal7 iyun23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)Baş hakim: Karlos Del Serro (İspaniya)Praqa, "Eden Arena"
Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

CANLI YAYIM